Millidən antirekord
22.11.2023 - 17:04
Millidən antirekord

Almaniya millisi antirekorda imza atıb.

Apasport.az xəbər verir ki, Avstriya ilə yoldaşlıq oyununda 0:2 hesabı ilə uduzan Bundestim 2023-cü ildə 6-cı məğlubiyyətini alıb.

Bu, Almaniya millisinin tarixində ən uğursuz nəticənin təkrarıdır. 2018-ci ildə də eyni sayda uduzan komanda həmin vaxt daha çox görüş keçirib. 5 il əvvəl 13 matçın altısında uduzan Bundestim bu dəfə 11 görüşdə eyni sayda məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Almaniya milisi AVRO-2024-ün ev sahibi olduğu üçün seçmə mərhələdə iştirak etmir.

writer photo
Əlirza Əlirzalı
0