DÇ-2022-də proqnozsevərlərin daha çox hansı komandaya güvəndiyi bəlli olub.
Apasport.az saytının məlumatına görə, ABŞ-da aparılan araşdırmalar daha çox çempionluq mərci edilən 10 yığmanı müəyyənləşdirib.
Proqnoz verənlərin 18,5 faizi Argentinaya pul qoyuluşu edib. Bu da Lionel Messi və onun komandasına olan inamın göstəricisidir. Braziliyanın ikinci sırada olması da təsadüfi sayılmır.
ABŞ-ın üçüncü sırada qərarlaşmasının səbəbi isə sadədir. Amerikalılar öz yığmalarının dünyanı təəccübləndirəcək çempionluğuna ümidini itirməyib.
Çempionluğuna ən çox mərc edilən komandalar
1. Argentina – 18,5 faiz
2. Braziliya – 13,0
3. ABŞ – 11,0
4. Fransa – 9,1
5. İngiltərə - 8,0
6. Almaniya – 7,4
7. Belçika – 4,6
8. Niderland – 4,3
9. İspaniya – 4,2
10. Portuqaliya – 4,0