Avrokubok tarixində rekord: 34 dəfə penalti zərbəsi vuruldu
16.08.2024 - 09:13
Avrokubok tarixində rekord: 34 dəfə penalti zərbəsi vuruldu

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda rekord qırılıb.

Apasport.az xəbər verir ki, "Ayaks"-"Panatinaikos" matçının penaltilər seriyasında vurulan zərbələrin sayına görə avrokubok rekordu müəyyən edilib.

Komandalar 34 dəfə 11 metrəlik cərimə zərbəsi yerinə yetiriblər. 

Bu, həm Avropa Liqası, həm də avrokuboklar tarixində ilk belə göstəricidir. 

Üstəlik, bu nəticə Avropa yarışlarında penaltilər seriyasında ikinci ən yüksək nəticədir. Birinci yerdə 2023-cü ilin iyulunda Konfrans Liqasının birinci təsnifat mərhələsinin görüşündə “Gzira United” və “Glentoran” arasında baş tutan penalti zərbələrinin nəticəsidir (14:13).

Nəticədə Amsterdam klubu 13:12 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, görüşün əsas vaxtı 1:0 hesabı ilə Yunanıstan yığmasının xeyrinə başa çatıb. İlk oyunda Hollandiya nəhəngi 1:0 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0