"Qalatasaray" növbəti rəqibini quru və böyük hesabla məğlub edib.
Apasport.az xəbər verir ki, "CimBom" Türkiyə Super Liqasının XVIII turunda öz meydanında "Hatayspor"u darmadağın edib – 4:0. "Çelsi" və "Mançester Yunayted"in sabiq ispaniya yarımmüdafiəçisi Xuan Mata bu matçda 45+4 və 45+6-cı dəqiqələrdə dubl edib.
Ötən tur əzəli rəqibi "Fənərbağça"nı 3:0 məğlub etmiş "Qalatasaray" "sarı bülbüllər"lə xal fərqini 7-yə qaldırıb. Hazırda "sarı-qırmızılar" 42 xala malikdir.
Qeyd edək ki, "Qalatasaray" sonuncu dəfə oktyabrın 15-də "Kayserispor"a 1:2 uduzub. Bundan sonra "aslan" rəsmi görüşlərdə 13 matçda uduzmur. "Qalatasaray" ardıcıl 11 matçdır ki, qələbə qazanır.