Bukmeker kontorlarında növbəti diqqətçəkən uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, DÇ-2022 daha bir proqnozsevərin şok təxmini reallaşdırıb.
İngiltərənin Mançester şəhərində yaşayan Ma Yuankuy Almaniya – Yaponiya görüşündə sevinib. 40 yaşlı proqnozsevər bu matça 50 funt sterlinq oyub.
O, Almaniyanın 1-ci hissədə, Yaponiyanın isə oyunda qalib gələcəyinə mərc edib. Bu variantın əmsalı 50-yə bərabər olub.
Matç onun istədiyi kimi alınıb. Almaniya ilk yarıda hesabı açsa da, fasilədən sonra iki top vuran asiyalılar 2:1 hesablı qələbə qazanıb. İki uşaq atası olan better bu qarşılaşmadan 2500 funt uduşa sahib çıxıb.
Oyunu dostları ilə birlikdə izləyən Yuankuy yalnız DÇ-2022-nin startından bukmeker kontorlarına getməyə başladığını etiraf edib. O, şok nəticəni tapmasının səbəbini də açıqlayıb: “Mən həmişə Asiya komandalarını seçirəm. Yaponiyanın qalib gələcəyini həqiqətən də düşünürdüm. Mən haqlı çıxdım. Səudiyyə Ərəbistanının bundan bir gün əvvəlki oyununu da çox bəyəndim. Amma həmin qarşılaşmaya pul qoymamışdım. DÇ-nin startından proqnoz verməyə başlasam da, İngiltərə və Fransanın matçlarında uduşa sahib çıxmışam. Amma Polşa və Danimarka da təxminim düz gəlməyib”.
Ma uduşunu fantastika hesab edir: “2500 funt sterlinq udmaq fantastikadır. Hələ bu barədə Kanadada yaşayan ailəmə deməmişəm. Mən burada İngiltərədə icraçı direktor kimi işləyirəm. Həyat yoldaşım da çox sevinəcək”.