“Lester” Beniteslə danışıqlara başladı
10.04.2023 - 21:55
“Lester” Beniteslə danışıqlara başladı

“Liverpul” və “Real”ın sabiq baş məşqçisi Rafael Benites karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis “Lester”lə danışıqlara başlayıb.

Premyer Liqa klubu ispaniyalı çalışdırıcını “sükanı arxası”nda görmək istəyir. O, istefaya göndərilən Brendan Rocersi əvəzləyəcək.

Benitesin son iş yeri “Everton” olub. O, yanvarda bu klubu tərk edib.

Qeyd edək ki, ispaniyalı əvvəllər “Dalyan Pro”, “Nyukasl”, “Real”, “Napoli”, “Çelsi”, “İnter”, “Liverpul” və “Valensiya”da çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0