Qətərə bilet kimin olacaq? – PROQNOZ
13.06.2022 - 15:27
Qətərə bilet kimin olacaq? – PROQNOZ

Bu gün DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, Qətərə vəsiqə uğrunda qitələrarası pley-offda Avstraliya və Peru üz-üzə gələcək.

Bu matç da final mərhələsinin keçiriləcəyi Qətərdə baş tutacaq. Futbol eksperti Artyom Slitski görüşlə bağlı proqnoz verib:

Avstraliya artıq Tim Kehillin vaxtındakı komanda deyil, daha zəif təsir bağışlayır. Peru FİFA reytinqində daha yüksəkdədir. Bu da artıq nədənsə xəbər verir.

Fikrimcə, cənubi amerikalılar rəqibindən xeyli güclüdür. Çünki onlar daim öz seçmə mərhələlərində top komandalarla oynayır. Hər iki komanda üçün görüşün səfər xarakteri daşıdığını deyə bilərik. Çünki oyun Qətərdə olacaq.

Peru Cənubi Amerikanın 5-ci komandası olub. Onlar Kolumbiya və Çili kimi ciddi yığmaları arxada qoyub. Üstünlüyün Perunun tərəfində olması şübhəsizdir. Düşünürəm ki, Perunun qələbəsinə və 3,5 Alta mərc etmək olar.

Peruluların qalib gələcəyini, amma çox qol vurmayacağını fikirləşirəm. Bu komanda azarkeşlərini qollarla xüsusi sevindirmir.

Avstraliyalılar isə sadəcə olaraq çatdırmayacaq və hətta quru hesabla uduza bilər. Peru bu yaxınlarda Yeni Zelandiyanı da mənim mərcimə uyğun şəkildə 1:0 hesabı ilə məğlub edib. Elə bu gün də belə olacağını düşünürəm.

Proqnozum: 2 və 3,5 Alt
 

writer photo
Əlirza Əlirzalı
0