1/8 finalın cütləri dəqiqləşdi
30.11.2023 - 15:30
1/8 finalın cütləri dəqiqləşdi

Azərbaycan kubokunda 1/8 final mərhələsinin bütün cütləri dəqiqləşib.

Apasport.az xəbər verir ki, II təsnifat mərhələsi yekunlaşdıqdan sonra növbəti raundun tam tərkibi dəqiqləşib.

1/8 final matçları dekabrın 19-21-də keçiriləcək. Bu mərhələdə Premyer Liqanın 10, I Liqanın 6 komandası oynayacaq.

Azərbaycan kuboku
1/8 final
19-21 dekabr

"Səbail" – “Şamaxı”
“Zirə” - "Turan Tovuz"
"İrəvan" - "Araz-Naxçıvan"
“İmişli” - “Qəbələ”
"Sumqayıt" - "Karvan"
“Neftçi” - "Qaradağ Lökbatan"
"Kəpəz" - “Sabah”
“Qarabağ” - MOİK
 

writer photo
Əlirza Əlirzalı
0