Sadio Mane DÇ-2022-dən kənar qaldı
09.11.2022 - 14:41
Seneqal millisinin və “Bavariya”nın futbolçusu Sadio Manenin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Ekip” nəşri açıqlayıb.
Bildirilir ki, Bundesliqanın “Verder”lə oyununda (6:1) zədələnən vinger DÇ-2022-də iştirak etməyəcək. Onun aldığı xəsarət Qətərdəki mundiala qatılmasına imkan vermir. Sadio yalnız bir neçə həftədən sonra məşqlərə başlaya bilər və matçlara hazır olması üçün daha çox zamana ehtiyacı var.
Qeyd edək ki, Mane yığmadakı 89 oyunda 33 qol vurub.
0
0