Azərbaycan Premyer Liqasında yanvar ayının qolu seçildi
17.02.2024 - 17:21
Azərbaycan Premyer Liqasında yanvar ayının qolu seçildi

Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, "Kəpəz"in futbolçusu Martins Juniordur. Onun 19-cu turda "Turan Tovuz"a qarşı matçda vurduğu qol ən yaxşı seçilib. Oyunçu səsvermədə Kadiri Mohammed ("Araz-Naxçıvan"), Olavale Onanuqa ("Turan Tovuz"), Dieqo Valdez ("Neftçi) və Emil Səfərovu ("Qəbələ") qabaqlayıb.

M. Junior “Sabah” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub. Futbolçuya mükafatları "Bank Respublika Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

writer photo
Əlirza Əlirzalı
0