“Qarabağ” gerilədi – UEFA reytinqi
04.11.2022 - 13:14
“Qarabağ” gerilədi – UEFA reytinqi

Avrokubokların qrup mərhələsinin VI turu başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb.

Azərbaycan “Top-100”də yalnız bir komanda ilə təmsil olunub. Bu, son ölkə çempionu “Qarabağ”dır. 

Avropa Liqasında “Frayburq”la heç-heçə edən (1:1) Qurban Qurbanovun yetirmələri xal hesabını artırıb. Qazanılan bir xalla bu rəqəm 25,000-a çatdırılıb.

Ağdam klubu 66-cı yerə şərikdir. Təmsilçimiz ötən həftə ilə müqayisədə bir addım geriləyib. “Qarabağ” PAOK və “Krasnodar”la eyni pilləni bölüşür.

Qeyd edək ki, cədvələ 131,000 xala malik “Mançester Siti” başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0