Bonuççi Almaniyaya getdi
01.09.2023 - 16:48
İtaliyalı futbolçu Leonardo Bonuççinin yeni komandası bəlli olub.
Apasport.az saytı xəbər verir ki, 36 yaşlı müdafiəçi Berlin "Union"u ilə müqavilə imzalayıb.
Son olaraq İtaliyada “Yuventus”un şərəfini qorumuş veteran futbolçunun almanlarla razılaşması mövsümün sonunadək nəzərdə tutulub. Futbolçu komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, klub karyerasında 665 rəsmi oyuna çıxan Bonuççi 45 qol və 12 assistlə yadda qalıb.
- "Atalanta" "Liverpul"un məğlubiyyətsizlik seriyasına son qoydu
- Danimarkalı futbolçu millidəki karyerasını başa vurub
- Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib
- Aquero "Barselona"nı məhkəməyə verib
- Adil Hüseynov: “Bizim vaxtımızda belə gözəl stadionlar olsaydı, yığma dünya çempionatında iştirak edərdi” - Müsahibə
0
0