Roberto Martinesdən etiraf: “Kanada bizdən yaxşı oynadı”
24.11.2022 - 09:49
Roberto Martinesdən etiraf: “Kanada bizdən yaxşı oynadı”

“İstənilən halda qalibik. Böyümək və daha yaxşı oynamaq lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Roberto Martines dünya çempionatının Kanada ilə keçirilən ilk oyunu barədə danışarkən deyib.

Komandasının 1:0 hesablı qələbəsinə baxmayaraq, təcrübəli mütəxəssis zəif çıxış etdiklərini etiraf edib: “Kanada bizdən yaxşı oynadı. Ancaq bu nəticə bir-birimizi sığortalamaqla şansımızı reallaşdıra bildiyimizi göstərir. Bir çox yüksək səviyyəli komandalar məğlub olur. Bu turnir sizi irəlilədikcə təkmilləşməyə və böyüməyə məcbur edir”.

Qeyd edək ki, Belçika F qrupunda növbəti oyununu noyabrın 27-də Mərakeşə qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0