Modriç karyerası ilə bağlı qərar verdi
14.06.2023 - 09:17
Modriç karyerası ilə bağlı qərar verdi

Xorvatiya millisinin futbolçusu Luka Modriç yığma karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, bunu 38 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

“Real”da çıxış edən xorvatiyalı bildirib ki, qərarını Millətlər Liqası başa çatdıqdan sonra açıqlayacaq: “Hazırda tamamilə Millətlər Liqasına köklənmişəm. Karyeram barədə sonra danışa bilərəm. Artıq yığmadakı gələcəyimlə bağlı qərarı vermişəm. Amma bu qərarı hələ açıqlamaq istəmirəm”.

Qeyd edək ki, Xorvatiya Millətlər Liqasının bugünkü yarımfinalında Niderlandla qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0