Yığmamız yarımfinalda mübarizəni dayandırıb
13.07.2024 - 21:15
Yığmamız yarımfinalda mübarizəni dayandırıb

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən Azərbaycan millisi növbəti matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Kosovo ilə üz-üzə gəlib. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Kosovalılar 76:41 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, millimiz sabah 3-cü yer uğrunda oyunda mübarizə aparacaq.

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, yarımfinal
13 iyul
19:00. Kosovo - Azərbaycan - 76:41 (13:12, 23:9, 19:16, 21:4)

Feti Borova Milli Olimpiya Mərkəzi

writer photo
Əlirza Əlirzalı
0