Türkiyədə daha bir ayrılıq
29.02.2024 - 16:54
Türkiyə Super Liqa komandalarından olan "Pendikspor"da İvo Vieyira dövrü rəsmi olaraq başa çatıb.
Apasport.az xəbər verir ki, klub rəsmi açıqlamasında portuqaliyalı çalışdırıcı ilə yollarını ayırdığını açıqlayıb.
"Pendikspor" 48 yaşlı mütəxəssisin rəhbərliyi altında 21 oyun keçirib. Portuqaliyalı çalışdırıcı bu görüşlərdə 7 qələbə, 10 məğlubiyyət və 4 heç-heçə ilə yadda qalıb.
0
0