Felipe Luisdən vida
01.12.2023 - 12:10
Felipe Luisdən vida

“Çelsi” və  “Atletiko”nun sabiq futbolçusu Felipe Luis karyerasını bitirir.

Apasport.az xəbər verir ki, bunu braziliyalı müdafiəçi açıqlayıb.

“Flamenqo”nun futbolçusu sabah baş tutacaq “San Paulu” ilə qarşılaşmanın onun üçün sonuncu oyunu olacağını bildirib. 38 yaşlı futbolçu karyerasını məşqçi kimi davam etdirməyə qərar verib.

Qeyd edək ki, Braziliya millisinin keçmiş üzvü 2019-cu ildən “Flamenqo”da oynayır.

writer photo
Əlirza Əlirzalı
0