Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo tarixə düşüb.
Apasport.az saytı xəbər verir ki, ulduz futbolçu DÇ-2022-nin I turunda Qana ilə oyuna çıxmaqla buna nail olub.
Bununla, 37 yaşlı hücumçu milli komandalar səviyyəsində 10 böyük turnirdə iştirak edən ilk avropalı futbolçu ünvanına sahib çıxıb.
Qeyd edək ki, Portuqaliya - Qana qarşılaşmasında ilk hissədən sonra hesab açılmayıb.
Kriştianu Ronaldonun 10 böyük turnirdəki statistik göstəriciləri isə aşağıdakı kimidir:
AÇ-2004: 6 matç - 2 qol, 2 assist
DÇ-2006: 6 matç - 1 qol
AÇ-2008: 3 matç - 1 qol, 3 assist
DÇ-2010: 4 matç - 1 qol, 1 assist
AÇ-2012: 5 matç - 3 qol
DÇ-2014: 3 matç - 1 qol, 1 assist
AÇ-2016: 7 matç - 3 qol, 3 assist
DÇ-2018: 4 matç - 4 qol
AÇ-2020: 4 matç - 5 qol, 1 assist
DÇ-2022: 1 matç (davam edir)