Dik Advokat yığmada işləmək istəyir – fikrini dəyişdi
27.09.2023 - 17:22
Dik Advokat yığmada işləmək istəyir – fikrini dəyişdi

Dik Advokat məşqçilik karyerasına davam etmək qərarına gəlib.

Apasport.az saytı xəbər verir ki, 76 yaşlı niderlandlı daha öncə heç bir komandada işləməyəcəyini açıqlasa da, fikrini dəyişib. 

Cənubi Koreya, Belçika və Rusiya kimi ölkələrin millilərini çalışdırmış Advokat Kürasao yığmasının “sükanı arxasına” keçə bilər. Sözügedən ölkənin futbol federasiyası ilə danışıqları davam etdirən mütəxəssis şərtləri qəbul ediləcəyi halda yeni işinə başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0