Klopp: "Bundan daha pis oyunumuzu xatırlamıram"
15.01.2023 - 00:04
Klopp: "Bundan daha pis oyunumuzu xatırlamıram"

“Mən narahatam? Bəli və belə bir oyundan sonra necə narahat olmaya bilərsiniz? Burada durub heç nə olmadığını deyə bilmərəm. Təbii ki, biz bundan çox narahat olmalıyıq".

Apasport.az xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yürqen Klopp deyib.

O, Premyer Liqanın XX turunun matçında komandasının "Brayton"a uduzmasını (0:3) şərh edib: "Pis, çox pis. Daha pis oyunumuzu xatırlamıram. Həqiqətən çətin gündür. "Brayton" meydanda ən yaxşı komanda idi və layiqincə qalib gəldi. Çox yaxşı oynadılar. Bu, çox mütəşəkkil bir komandanın çox mütəşəkkil olmayan komandaya qarşı oyunu idi. Topu itirdik, böyük sərbəst zonalar verdik, pressinq edə bilmədik. Açığı, bu yaxşı deyil, xüsusən də "Brayton" kimi yaxşı hazırlıqlı komandaya qarşı. Onlar daha inamlı olublar, biz isə əksinə.

Təsəvvür edə bilərəm ki, onlar çox xoşbəxtdirlər, çünki bu, əla performans idi. Lakin biz bunu çox anlarda rəqib üçün çox asanlaşdırdıq”.

writer photo
Əlirza Əlirzalı
0