Sabitzer: Azərbaycana qarşı start heyətdə oynamaq istəyirəm
15.10.2023 - 13:28
Sabitzer: Azərbaycana qarşı start heyətdə oynamaq istəyirəm

“Belçika ilə matçda start heyətində olmasam da, sonradan meydana daxil oldum və 79-cu dəqiqədə penaltidən fərqləndim”.

Apasport.az xəbər verir ki, bu sözləri Avstriya millisinin hücumçusu Marsel Sabitzer AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyundan öncə keçirilən mətbuat konfransında deyib.O, Azərbaycanla sabahkı görüşdə start heyətində oynamaq istədiyini bildirib:

“Azərbaycanla matçda əsas heyətdə meydana çıxıb-çıxmayacağıma baş məşqçi qərar verəcək. Təbii ki, mən oynamaq istəyirəm. Baş məşqçi məni start heyətində görmək istəsə, böyük məmnunniyyətlətlə oynayacam. Ehtiyatda otursam da, yenə onun biləcəyi işdir”.

writer photo
Əlirza Əlirzalı
0