Argentina yığmasının sabiq hücumçusu Karlos Tevez komandanın DÇ-2022-dəki şanslarını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı sabiq forvard Argentinanın dünya çempionluğuna ümid etdiyini açıqlayıb.
Bu ildən ölkəsində “Rosario”da məşqçi kimi fəaliyyət göstərən Tevez keçmiş komanda yoldaşı Lionel Messiyə görə bunu arzuladığını gizlətməyib: “Messi Qətərdə keçiriləcək dünya çempionatını qazansa, çox sevinərəm. Çox sıx, bir-birinə bağlı bir kollektiv görürəm. Hətta oyunçular birlikdə tətilə gedirlər. Bu, normal deyil. Kuboku qazanmaq üçün böyük şansımız var”.
Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək.