"Trabzonspor" 90+3 qolu ilə məğlubiyyətdən qurtuldu
19.01.2023 - 00:19
"Trabzonspor" 90+3 qolu ilə məğlubiyyətdən qurtuldu

Türkiyə Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, son Türkiyə çempionu "Trabzonspor" səfərdə "Ümraniyəspor"la qarşılaşıb.

12-ci dəqiqədə top buraxan Qaradəniz təmsilçisi braziliyalı müdafiəçi Viktor Uqunun 90+3-cü dəqiqədə vurduğu qolla oyunu əlavə vaxta daşımağı bacarıb. Burada isə daha təcrübəli "Trabzonspor" 3 qol vuraraq matçdan 4:1 qalib ayrılıb. 

writer photo
Əlirza Əlirzalı
0