Ronaldo, Messi, Benzema və ya 33
16.03.2023 - 11:33
Ronaldo, Messi, Benzema və ya 33

Kərim Benzema Çempionlar Liqasının pley-off mərhələsində 33-cü qolunu vurub. 

Apasport.az saytı xəbər verir ki, "Real"ın hücumçusu 1/8 finalın "Liverpul"la cavab oyununda vurulan yeganə qolun müəllifi olub.

35 yaşlı fransız futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin bombardirlər siyahısında 33 topla 3-cü yerdəki mövqeyini qoruyur. 

Siyahıya 67 qolla portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. PSJ-dən Lionel Messinin isə aktivində 49 top var.

İlk “5-lik”ə həmçinin Robert Levandovski (Barselona, 30) və Tomas Müller də (Bavariya, 26) yer alıb.

writer photo
Əlirza Əlirzalı
0