Türkiyə yığmasına TƏKLİ KUPON: Bir hissə tab gətirə bilər
11.06.2022 - 17:04
Türkiyə yığmasına TƏKLİ KUPON : Bir hissə tab gətirə bilər

Millətlər Liqasının ilk iki turunda rəqiblərinin qapısından 10 cavabsız top keçirən Türkiyə yığması bu gün növbəti matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” C liqasının III turunda Lüksemburqun qonağı olacaq.

Türkiyəli futbol eksperti Onurcan Özyurt komandalarının bu gün üçüncü qələbəsini proqnozlaşdırır. Mütəxəssisin fikrincə, bugünkü qarşılaşmanın ikinci hissəsində daha çox qol olacaq:

Gözlədiyimiz kimi, Türkiyə yığması qrupdakı ilk iki oyunda asan qələbə qazandı. Əslində böyükhesablı qələbələrin qeydə alınmaması sürpriz olardı. Lüksemburq isə qrupdakı digər iki rəqibdən daha möhkəm təsir bağışlayır. Bunun nəticəsidir ki, onlar da maksimum xal toplayıb. Ancaq yenə də Türkiyə ilə Lüksemburq arasında böyük səviyyə fərqi var.

Bugünkü matçın birinci hissəsində tempin aşağı olmasını təxmin edirəm. Lüksemburq da ən yaxşı halda bir hissə tab gətirə bilər. Ancaq ikinci hissədə yüksək templi mübarizə və daha çox qol gözləyirəm.

Proqnozum: Ən çox qol ikinci hissədə vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0