Bu gün Millətlər Liqasında əsas diqqətlər güclülərin divizionuna yönələcək.
Apasport.az saytının məlumatına görə. A liqasında Uelslə Niderland üz-üzə gələcək.
Futbol şərhçisi Denis Kazanski bu görüşə proqnoz verib. O, Uelsdəki qarşılaşmaya təkli kupon yazmağı təklif edir:
Uels inanılmaz dərəcədə dramatik oyunda Ukraynaya qalib gəldi. Uelslilər özlərini uğura imza atmış kimi hiss etməlidir. Çünki həmin matçda ukraynalılar kifayət qədər epizod yaratdı. Amma qonaqlar imkanlardan istifadə edə bilmədi. Uelsin müdafiəsi isə heç nə ilə yadda qalmadı. Elə hücumda da heç nə görmədik. Guya qolun özü nə idi ki?
Niderland isə indi yüksəlişdədir. Çox gözəl oyun göstərən narıncılar bu matçı problemsiz qazanacaq. Uels indiyədək heç vaxt bu rəqibə qalib gəlməyib.
Uelsin DÇ-2022-yə vəsiqənin “paxmel”indən ayrılaraq keyfiyyətli futbol göstərəcəyini təsəvvür etmək çətindir. Ukrayna ilə matç istisna olmaqla böyük britaniyalılar evdə hər görüşdə ən azı bir top buraxıb. Niderland isə bu il qalib gəldiyi oyunlarda da qol buraxır. Buna görə də yüksək dərəcədə intensiv oyun gözləyirəm. Niderland ən azı iki top fərqi ilə qalib gələcək.
Proqnozum: Fora2 (-1,5)