“Xorvatiya nəticə qazanmağı bacarır” - PROQNOZ
03.06.2022 - 17:50
“Xorvatiya nəticə qazanmağı bacarır” - PROQNOZ

Bu gün Millətlər Liqasının A liqasında Xorvatiya ilə Avstriya qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, tanınmış rusiyalı şərhçi Elvin Kərimov qarşılaşmaya proqnoz verib.

O, Osiyekdəki görüşdə meydan sahiblərini favorit hesab edir:

Millətlər Liqası start götürür. Bu, artıq üçüncü mövsümdür. Turnirin formatı sadə olmasa da, AVRO-2024-ə düşmək üçün kömək edir.

Xorvatiya və Avstriya yığmalarının qrupunda Danimarka ilə Fransa da yer alıb. Nə Xorvatiya, nə də Avstriya bu qrupda favoritdir. Amma xorvatiyalılar sürpriz edə bilər. Onlar dünya çempionatına da vəsiqə qazanıb. Bu yığma Rusiya üzərində qələbə ilə birbaşa yollanmaq hüququ əldə edib.

Avstriya seçmə mərhələni boşa verib. Baxmayaraq ki, onlardan çox şey gözlənilirdi. Pley-offda da onların yolunu Uels kəsdi. Hərçənd Avstriyanın da yaxşı heyəti var.

Xorvatiya evdə, Osiyekdə oynayacaq. Onlar gözəl başa düşürlər ki, Avstriya ilə ev qarşılaşması turnirdəki mövqe baxımından çox önəmlidir. Evdə Avstriyanı da udmayandan sonra nəyə ümid edəsən ki? Fransa son dünya çempionu, Danimarka ötən AVRO-2020-nin ən yaxşılarından biridir. Həmin vaxtdan sonra daha da artıran danimarkalılar seçmə mərhələni da problemsiz keçib.

Mənə elə gəlir ki, Xorvatiya qələbəyə oynamalıdır. Komandanın əsas heyəti mövsüm ərzində klub səviyyəsində çox güc sərf edib. Bu, Çempionlar Liqasının finalında oynayan Luka Modriçə də, digərlərinə də aiddir. Amma xorvatiyalılar toparlana və nəticəyə oynaya bilər. Son vaxtlar məzmunlu və baxımlı futbol göstərməyən komanda nəticə qazanmağı bacarır.

Avstriya oynayan, pressinq edən, açıq futbol göstərən komandadır. Bu da xorvatların işini asanlaşdıracaq. Qonaqlar “avtobus” taktikası seçməyəcək. Bu da meydan sahiblərinə Millətlər Liqasına azarkeşlər önündə qələbə ilə start vermək imkanı yaradacaq.

Mən Xorvatiyanın qələbəsini ehtimal edirəm. Onlar bunu bacaracaq və üç xal əldə edəcək.

Proqnozum: 1

writer photo
Əlirza Əlirzalı
0