Yeqor Titov: Yanlış “atəş açmaq” haqları yoxdur – PROQNOZ
11.06.2022 - 16:08
Yeqor Titov: Yanlış “atəş açmaq” haqları yoxdur – PROQNOZ

Millətlər Liqasının “ölüm qrupu”nda bu gün Almaniya Macarıstanın qonağı olacaq.

Apasport.az saytının məlumatlına görə, futbol veteranı Yeqor Titov görüşə proqnoz verib.

Rusiya millisinin sabiq oyunçusu Bundestimin turnirdəki ilk qələbəsini qazanacağını düşünür:

Millətlər Liqasında iki tur geridə qalıb, Almaniyanın hələ də qələbəsi yoxdur. Hamı almanları Macarıstan önündə favorit hesab edir. Əsas odur ki, futbolçular özləri belə düşünməlidir. Macarıstan yığması son vaxtlar rəqiblərini ona hörmətlə yanaşmağa məcbur edir. Almaniya da matça eyni şəkildə yanaşmalıdır. Macarlar AVRO-2020-dən sonra Millətlər Liqasında da İngiltərəyə qalib gəlməklə səs-küy yaratdı. Deməli, Bundestim tam güclə mübarizə aparmalıdır. Yalnı o zaman üç xala arxalana bilərlər.

İndi almanlar önündə evdə qələbə seriyasını davam etdirmək çətindir. Yorğunluq artır, matçlar bir-birinin ardınca gedir. Almaniyanın da ehtiyat oyunçular skamyası daha genişdir. Bu amil qarşıdakı görüşdə özünü göstərməlidir. Buna görə də Almaniyanın qələbəsinə mərc edərdim. Almanların Budapeştdə də yanlış “atəş açmaq” haqqı yoxdur.

Proqnozum: Almaniya qalib gələcək.

writer photo
Əlirza Əlirzalı
0