10 idmançımız beynəlxalq turnirdə yarımfinala yüksəlib
14.05.2024 - 09:58
10 idmançımız beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan millisinin 10 boksçusu Bakıda keçirilən yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində 1/4 finala yüksəlib.

Boks Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın ilk günündə 4 çəki dərəcəsində döyüşlər baş tutub.

1/8 final mərhələsi çərçivəsində gerçəkləşən görüşlərdə Azərbaycan millisinin 10 boksçusu rinqdən qələbə ilə ayrılıb.

1/8 final

46 kq

Aidos Ussenov (Qazaxıstan) – Əli Əliyev (Azərbaycan) 5:0

Hüseyn Quliyev (Azərbaycan) – Xudaverdi Abidjanov (Qırğızıstan) 4:0

Ramiz Danieli (Gürcüstan) – Fərid Quliyev (Azərbaycan) 3:2

Hikmət Məmmədov (Azərbaycan) – Nurassil Kayrqazi (Qazaxıstan) 2:3

48 kq

Behultan Xujamjar (Qazaxıstan) – Oğuz Həsənov (Azərbaycan) 5:0

Səid Aslanzadə (Azərbaycan) – Vaxtanq Todua (Gürcüstan) 5:0

Dias Saidikarim (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4

Ümid Rüstəmov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib

50 kq

Əflatun İsmiyev (Azərbaycan) – Ülvi Ələkbərov (Azərbaycan) 0:5

Rassul Seidiş (Qazaxıstan) – İsmayıl Rzayev (Azərbaycan) 2:3

Zubair Akramov (Qırğızıstan) – Kərim Sultanov (Azərbaycan) 0:5

Yerdavlet Atayov (Qazaxıstan) – Sergey Zayats (Belarus) 4:1

57 kq

Akzurek Kalabay (Qazaxıstan) – Təşkilat Quliyev (Azərbaycan) 5:0

Tamerlan Əlimzanov (Azərbaycan) – Məhəmmədəli Məmmədli (Azərbaycan) 5:0

Həsrət Mehdiyev (Azərbaycan) – Nihat Ağayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

Şahin Aslanov (Azərbaycan) – Toğrul Quliyev (Azərbaycan) 5:0

Rizat Tiniştik (Qazaxıstan) – Vasil Nikolayenko (Gürcüstan) 0:5

Qeyd edək ki, turnirin ikinci günündə 18 döyüş keçiriləcək. Final qarşılaşmaları mayın 18-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0