Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatdı
14.03.2023 - 20:59
Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatdı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb.

Bu gün Voleybol Mərkəzində təşkil olunan XII turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində 3:0 hesabı qeydə alınıb. 

Günə “Abşeron” - “Murov” qarşılaşması ilə start verilib. Famil Ağayevin komandası matçı 3:0 (25:23, 25:20, 25:19) hesabı ilə qələbə qazanıb. 

XII turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Rəqibinə şans verməyən “Azərreyl” matçda 3:0 (25:14, 25:21, 25:10) hesabı ilə qalib gəlib.

Beləliklə, əsas mərhələnin son turundan sonra komandaların turnir cədvəlindəki mövqeyi belədir: 29 xalla “Azərreyl” birinci, 23 xalla “Abşeron” ikinci, 20 xalla “Murov” üçüncü, hesabında xal olmayan UNEC isə dördüncü olub.

Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Azərreyl”  dördüncü yerin sahibi UNEC-lə, ikinci olan “Abşeron” isə üçüncü yeri tutan “Murov”la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat veriləcək. 

Yüksək Liqa
XII tur

"Abşeron" - "Murov" 3:0 (25:23, 25:20, 25:19)
“Azərreyl” - UNEC 3:0 (25:14, 25:21, 25:10)

writer photo
Əlirza Əlirzalı
0