Əlcəzairli boksçu İlon Mask və digər
məşhurları məhkəməyə verib
14.08.2024 - 18:25
Əlcəzairli boksçu, Olimpiya çempionu İmane Xelif "X" platformasını məhkəməyə verib.
Apasport.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Səbəb isə sosial şəbəkələrdə İmaneyə qarşı yazılan xoşagəlməz şərhlərdir. Boksçunun vəkili Nabil Boudi bildirib ki, Fransa qanunlarına görə, məhkəmə saxta adlarla hesab açıb idmançını təhqir edən hər kəsi əhatə edir.
Qeyd edək ki, məhkəmə prosesində adı çəkilən şəxslər arasında İlon Mask, Donald Tramp və Joan Roulinq də var.
0
0