İtalyanı ağlatdı, çinlini məğlub etdi, qızılı aldı: Əlcəzairli qadın boksçu Olimpiya çempionu olub
10.08.2024 - 01:15
Paris Yay Olimpiya Oyunlarında boks üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Olimpiadada qalmaqallarla yadda qalan Əlcəzair təmsilçisi İmane Xalef final görüşünə çıxıb.
O, qadınlar arasında 66 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada çinli Yanq Liu ilə qarşılaşıb.
Rəqibini 5:0 məğlub edən əlcəzairli Olimpiya Çempionu olub.
Qeyd edək ki, onun 1/8 finaldakı rəqibi italiyalı boksçu Angela Karini İmane Xeliflə döyüşü tamamlamaqdan imtina edib. Qarşılaşma cəmi 46 saniyə davam edib. Karini rinqi göz yaşları içində tərk edib.
0
0