Cüdoçular Qrats təlim-məşq toplanışında iştirak edib
05.06.2024 - 21:46
Cüdoçular Qrats təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 20-22 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Qrats şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Apasport.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 12 idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

writer photo
Əlirza Əlirzalı
0