Cüdoçularımızın dünya çempionatında ilk rəqibləri bəlli olub
18.05.2024 - 16:54
Cüdoçularımızın dünya çempionatında ilk rəqibləri bəlli olub

Mayın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı start götürəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, mayın 23-dək davam edəcək yarışın püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.

Qadınlar

48 kiloqram

Leyla Əliyeva - Kristina Dudina (Fərdi Neytral İdmançılar)

57 kiloqram

Acelya Toprak - Bayit Kussakbayeva (Qazaxıstan)

Kişilər

60 kiloqram

Balabəy Ağayev - Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) görüşünün qalibi ilə

Turan Bayramov - Ariunbold Enxtayvan (Monqolustan)

66 kiloqram

Yaşar Nəcəfov - Vilcar Lipard (Estoniya) / Baul An (Cənubi Koreya) görüşünün qalibi ilə

Kamran Süleymanov - Mohamed Abdelmavqoud (Misir)

73 kiloqram

Hidayət Heydərov - Akil Qyakova (Kosovo) / Faye Ncye (Qambiya) görüşünün qalibi ilə

81 kiloqram

Zelim Tçkayev - Antonio Esposito (İtaliya)

90 kiloqram

Elcan Hacıyev - Eduard Trippel (Almaniya)

Vüqar Talıbov - Con Cayne (Amerika Birləşmiş Ştatları)

100 kiloqram

Zelim Kotsoyev - Piotr Kukzera (Polşa) / Yonghon Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq. Milli komanda turnirdə qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu ilə təmsil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0