Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək
23.07.2024 - 21:42
Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək

24 iyulda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 100-dən çox cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

2024-cü il ərzində üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.

Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

writer photo
Əlirza Əlirzalı
0