Ciu-citsu üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib - VİDEO
02.06.2024 - 21:32
Ciu-citsu üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib - VİDEO

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının Bakı şəhər baş idman idarəsinin təşəbbüsü ilə yeniyetmə və böyüklər arasında ciu-citsu üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, yarışda əvvəlcə Respublikanın Dövlət Himni səsləndirilib. Medal uğrunda mübarizəyə Bakı ilə yanaşı müxtəlif bölgələrdən 150-ə yaxın idmançı qatılıb.

Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, sözügedən yarış noyabr ayında baş tutacaq Azərbaycan çempionatına hazırlıq işləri çərçivəsində təşkil edilib.

writer photo
Əlirza Əlirzalı
0