“Formula 1”: “Mercedes”də böyük ayrılıq
30.10.2024 - 15:36
“Formula 1”: “Mercedes”də böyük ayrılıq

“Formula 1” komandalarından “Mercedes”in ingiltərəli pilotu Lüis Hemiltonla yolları ayıracaq.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrılıq bu mövsümün sonu reallaşacaq.

Buna səbəb, komandanın son illərdə yaxşı nəticələr verməməsi göstərilib.

39 yaşlı pilotun sonrakı komandası da artıq bəllidir. “Ferrari” mövsümün sonunda təcrübəli pilotla müqavilə imzalayacaq.

Qeyd edək ki, 2013-cü ildən “Mercedes” komandasında çıxış edən Hemilton, 7 dəfə dünya çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0