Məhəmməd Hüseynov beynəlxalq turnirdə 2 medal qazanıb
22.07.2024 - 00:20
Məhəmməd Hüseynov beynəlxalq turnirdə 2 medal qazanıb

Bolqarıstanın Varna şəhərində keçirilən suya tullanma idman növü üzrə "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində Azərbaycan idmançısı Məhəmməd Hüseynov uğurla çıxış edib.

Apasport.az xəbər verir ki, Məhəmməd E kateqoriyasında 1 metr məsafədə gümüş medal qazanıb. Təmsilçimiz 3 metr məsafədə də ikinci yerə layiq görülüb. 1 metr və 3 metrlik iki fənnin cəminə əsasən, Məhəmməd E qrupunun "Ən yaxşı dalğıcı” mükafatına layiq görülüb.

Qeyd edək ki, ilk dəfə beynəlxalq turnirdə çıxış etmələrinə baxmayaraq, medal qazanan idmançılarımızla yanaşı, Maqsud Tahirli, Suada Tahir və Ayla Hüseynovanın da nəticələri ümidverici olub.

writer photo
Əlirza Əlirzalı
0