ÇL-də I təsnifat mərhələsinin növbəti matçları keçirilib
11.07.2024 - 01:44
ÇL-də I təsnifat mərhələsinin növbəti matçları keçirilib

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti matçları keçirilib.

Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Ev sahibləri cəmi 1 oyunda uğursuzluğa düçar olublar. Estoniya çempionu "Flora" öz meydanında 5 cavabsız top buraxıb.

2 oyun heç-heçə başa çatıb, 5 qarşılaşmada isə meydan sahibləri qalib gəliblər.

Qeyd edək ki, mərhələnin cavab qarşılaşmaları iyulun 16-17-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
10 iyul

19:00. “Ordabası” – “Petrokub” - 0:0
20:00. “Flora” – “Selye” - 0:5
21:00. RFŞ – “Larne” - 3:0
21:00. “Slovan” – “Struqa” - 4:2
22:00. “Klaksvik” – “Differdanj” - 2:0
22:00. “Lüdoqorets” – “Dinamo” Bt - 3:1
22:45. “Dinamo” Mn – “Pünik” - 0:0
23:00. “Borats” – “Eqnatiya” - 1:0

writer photo
Əlirza Əlirzalı
0