Dünyanın ən bahalı YIĞMASI
20.03.2023 - 16:12
Dünyanın ən bahalı YIĞMASI

“Transfermarkt” dünyanın ən bahalı futbolçularının rəmzi milli komandasını müəyyənləşdirib.

Apasport.az-ın xəbərinə görə, 180 milyon avro qiyməti olan Kilian Mbappenin rəhbərlik etdiyi rəmzi yığmanın tərkibi belədir:

Qapıçı: Tibo Kurtua (“Real”, 60 milyon avro);
Müdafiəçilər: Yoşko Qvardiol (“Leypsiq”, 75 milyon avro), Ruben Diaş (“Mançester Siti”, 75 milyon avro), Mateys de Lixt (“Bayern”, 70 milyon avro);
Yarımmüdafiəçilər: Pedri (“Barselona”, 100 milyon avro), Cud Belinqem (“Borusiya” Dortmund, 110 milyon avro), Camal Musyala (“Bayern”, 100 milyon avro), Fil Foden (“Mançester Siti”, 110 milyon avro), Vinisius Junior (“Real”, 120 milyon avro); 
Hücumçular: Kilian Mbappe (PSJ, 180 milyon avro), Arlinq Holan (“Mançester Siti”, 170 milyon avro).

writer photo
Əlirza Əlirzalı
0