"Mançester Yunayted" "İnter"in futbolçusunu istəyir
08.01.2023 - 14:15
"Mançester Yunayted" "İnter"in futbolçusunu istəyir

"İnter"in müdafiəçisi Milan Şkrinyar karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, İngiltərə klubu slovakiyalı futbolçu ilə fəal maraqlanır.

“İnter” də 27 yaşlı futbolçunu komandada saxlamaqda maraqlıdır. Ona müqavilənin müddətinin uzadılması təklif edilib.

Qeyd edək ki, bu mövsüm Milan Şkrinyar bütün yarışlarda 21 oyun keçirib və qol vurmayıb.

writer photo
Əlirza Əlirzalı
0