Keyn mundialı buraxmaqdan qorxmur
19.10.2022 - 10:32
Keyn mundialı buraxmaqdan qorxmur

“Tottenhem”in hücumçusu Harri Keynin noyabrda start götürəcək dünya çempionatı öncəsi özünü qorumaq üçün oyunlarda zəif çıxış etməsi fikrinə baş məşqçi Antonio Konte münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı İngiltərə millisinin forvardının ikili mübarizələrdə riskə getmədiyi üçün tənqid olunmasını qəbul etməyib: “Harri hər oyunda iştirak etmək istəyir. Bütün matçlarda oynamaq istəyən futbolçu zədələnməkdən və dünya çempionatını buraxmaqdan qorxmur”.

Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə keçirdiyi 14 oyunda 10 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0