Qol güləşçimiz Avropa çempionu olub - VİDEO
12.05.2024 - 13:45
Qol güləşçimiz Avropa çempionu olub - VİDEO

Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində güləşən idmançı Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempinonatının qızıl medalını qazanıb.

Apasportun xəbərinə görə, Tərxan Müzəffərov super ağır çəkidə İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və  Bolqarıstandan olan bütün rəqiblərini məğlub edərək 1-ci yerin sahibi olub. 

Qeyd edək ki, bu, qol güləşi üzrə super ağır çəki dərəcəsində son 10 ildə  Azərbaycana gələn ilk medal olub. 

Tərxan Müzəffərov bu çəkidə qızıl medal qazanmaqla 2014-cü ildən bəri yaşanan medal həsrətimizə son qoyub. 

writer photo
Əlirza Əlirzalı
0