Azərbaycan Bəhreynə 160 idmançı ilə yollanacaq
22.10.2024 - 18:55
Azərbaycan Bəhreynə 160 idmançı ilə yollanacaq

Oktyabrın 23-31-də Bəhreyndə Gimnaziada keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı 160 idmançı təmsil edəcək.

Oyunlar 10 gün davam edəcək. Turnirdə 25 idman növü üzrə 80-dən çox ölkədən 5 min məktəbli iştirak edəcək. Atletika, üzgüçülük, gimnastika, basketbol, boks, taekvondo, karate, cüdo, stolüstü tennis, badminton, tennis, həndbol, voleybol, idman rəqsi, şahmat, nizə atma, dart və paralimpiya üzrə yarışların keçirilməsi üçün 14 arena ayrılıb.

Qeyd edək ki, Gimnaziada bütün dünya məktəbliləri üçün kiçik Olimpiya Oyunları hesab olunur.

writer photo
Əlirza Əlirzalı
0