Badosanın Tsisipasın həəyatındakı rolu
18.10.2023 - 20:48
Badosanın Tsisipasın həəyatındakı rolu


Yunanıstanlı tennisçi Stefanis Tsisipas şəxsi həyatı barədə açıqlama verib.

Apasport.az saytı xəbər verir ki, Paula Badosa ilə eşq macərası onun həyatını dəyişib.

“Paula ilə münasibət həyat baxışımı dəyişib. Əvvəllər yalnız tennis var idi, sutkanın 24 saatı bunun barəsində düşünürdüm. Paulanın mənimlə olmasına şadam. Həyatımızn ən gözəl dövrünü yaşayıram”, deyə yunanıstanlı raketka ustası şəxsi həyatı ilə bağlı danışıb.

Tsisipas hazırda əla formada olduğunu bildirib və yeni qələbələr qazanmaq arzusunu etiraf edib.

writer photo
Əlirza Əlirzalı
0