İsveçin Olimpiada planı
09.02.2023 - 11:17
İsveçin Olimpiada planı

2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarına daha bir iddiaçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, multiidman yarışına İsveç namizədliyini verməyi planlaşdırır.

Lakin skandinaviyalılar Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlamağa tələsmir. Öncə Olimpiada ilə bağlı perspektiv – müsbət və mənfi məqamlar araşdırılacaq. Yalnız bundan sonra rəsmi müraciət olunacaq.

Stokholm 1912-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edib. 2026-cı ilin Qış Olimpiya Oyunlarına namizədlik verən İsveç sonda İtaliyaya uduzub.

Qeyd edək ki, 2030-cu ildəki yarışa Sapporo (Yaponiya) və Solt-Leyk Sitinin (ABŞ) namizədliyi dəqiqləşib.

writer photo
Əlirza Əlirzalı
0