Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək
19.11.2024 - 10:54
Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova seminar keçəcək.

Apasport.az xəbər verir ki, dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 10:00-da start götürəcək.

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.

writer photo
Əlirza Əlirzalı
0