Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən apasport.az*a verilən məlumata görə, böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki qızıl medal qazanıblar.
Fərdi çıxışda millinin üzvləri İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova isə gümüş (lent) medala layiq görülüblər.