Dünya çempionatında çıxış edəcək millimizin heyəti bəllidir
17.09.2024 - 10:46
Dünya çempionatında çıxış edəcək millimizin heyəti bəllidir

Sentyabrın 19-22-də Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə dünya çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda mübarizə aparacaq Azərbaycan millisinin heyəti müəyyənləşib. 

Komandada qarışıq cütlüklərdən Ağasif Rəhimov - Raziyə Seyidli, Milana Əliyeva - Sabir Ağayev, kişi dueti Murad Rəfiyev - Daniel Abbasov, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Meşaihi yer alıb.

Heyətə İradə Qurbanova və Leyla Əliyeva rəhbərlik edir. Dürdanə Əhmədova isə çempionatda ölkəmizi hakim kimi təmsil edəcək.

writer photo
Əlirza Əlirzalı
0