Avropa çempionatının biletləri satışa çıxarıldı
15.05.2024 - 21:27
Avropa çempionatının biletləri satışa çıxarıldı

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri satışa çıxarılıb.

“İticket” vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 2 AZN-dir. Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.

writer photo
Əlirza Əlirzalı
0